10 yanvar 2011 23:46
Dünyanın ən yaxşı məşqçisi və 11 futbolçusu
Bu gün FİFA tərəfindən İsveçrənin Sürix şəhərində düzənlənən möhtəşəm tədbirdə ötən ilin ən yaxşı futbolçularından ibarət komanda və ən yaxşı məşqçi də müəyyənləşib. Azerisport.az xəbər verir ki, 50 min futbolçunun səsi ilə seçilen ilin “11”nə `Barcelona` və İspaniya milli komandası damğası vurdu.
`Barcelona`lı Pep Qvardiola, İspaniya millisinin çalışdırıcısı Visente Del Boske və `Real`ın sükanı arxasında çalışan Joze Mourinyonun namizəd olduğu 2010-cu ilin ən yaxşı məşqçisi adını isə məhz sonuncu – portuqaliyalı mütəxəssis qazanıb. Ötən il `İnter`i Çempionlar Liqasının qalibi etməklə yanaşı, daha bir neçə titul qazanan Joze həmkarlarını qabaqlamağı bacarıb.
Ötən ilin “11”i isə belədi:
İker Kasilyas (Real, İspaniya) - Maykon (İnter, Braziliya), Xerard Pike (Barcelona, İspnaiya), Lusio (İnter, Braziliya), Puyol (Barcelona, İspaniya) - Xavi Ernandes (Barcelona, İspaniya), Uesli Sneyder (İnter, Hollandiya), Andreas İnyesta (Barcelona, İspaniya) – Kristiano Ronaldo (Real, Portuqaliya), David Vilya (Barcelona, İspaniya), Lionel Messi (Barcelona, Argentina).
