10 yanvar 2011 00:00
`Qarabağ` artıq Antalyadadır, legionerləri isə yox
`Qarabağ` artıq Antalyadadır. Azerisport.az xəbər verir ki, qış fasiləsindən yararlanmaq üçün qardaş ölkəyə yollanan Ağdam təmsilçisi səfər çərçivəsində 28 günlük təlim-məşq toplanışı keçməyi planlaşdırır.
Bakı–İstanbul–Antalya reysiylə Türkiyəyə yollanan Qurban Qurbanovun komandası yerli vaxtla 8-də məskunlaşacağı “İC Santai” otelinə çatıb. Lakin ilk gündə istirahət edən komanda məşqlərə bu gündən başlayacaq.
`Qarabağ`ın legionerləri də məhz bu gecə komandanın düşərgəsinə qoşulmalıydı. Devran Ayhan artıq komandayla birlikdədirsə, Admir Teli bu gün Antalyada olacaq. Komandanın bu günə 2 məşqi nəzərdə tutulub.
