10 yanvar 2011 00:03
Yaponiya qitə çempionatına qələbəylə başlaya bilmədi
Qətərdə düzənlənən Asuya Kubokunda ilk turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin üçüncü oyun günündə B qrupunda qərarlaşan komandalar öz aralarındakı münasibətlərə aydınlıq gətiriblər.
Yaponiya və İordaniya yığmaları arasındakı qarşılaşmada tərəflər hərəyə bir qol vurublar və qalibi müəyyənləşdirmək mümkün olmayıb. Səudiyyə Ərəbistanı isə Suriyaya məğlub olub.
Asiya Kuboku
Qrup mərhələsi
9 yanvar
B qrupu
Yaponiya – İordaniya – 1:1
Qollar: Yoşida, 90 – Abdelfatah, 45.
Səudiyyə Ərəbistanı – Suriya – 1:2
Qollar: Jassem, 60 – Hussain, 38; 62.
