10 yanvar 2011 12:02
“Onların yerinə olsaydım, mən də Azərbaycanın dəvətini qəbul etməzdim”
Veteran futbolçumuz, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov yığma komandamızın heyətinə cəlb olunan legioner futbolçularla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bu haqda bunları dilə gətirib:
“Birincisi, mən bunun əleyhinəyəm ki, kimi gəldi, yığmaya dəvət edəsən. Emin Mahmudov, Jiloan Hamad kimi futbolçuların əsas komandamıza gəlmək istəməməsi də başadüşüləndi. Əgər mən onların yerinə olsaydım, təbii ki, bu dəvəti qəbul etməzdim. Azərbaycan yığması hələ öz sözünü deyə bilmir. Belə vəziyyətdə heç kimi millimizdə çıxış etməyi istəməz. Kimlərsə gəlirsə, onlar da öz vətənlərində lazım olmayan oyunçulardı. Belə demək mümkünsə, bizim başqa çıxış yolumuz yoxdu”.
