10 yanvar 2011 00:11
Rumıniya mətbuatı indi də Mutunu XL-na gətirir
Rumıniya mətbuatı gündə bir futbolçunu `Xəzər Lənkəran`a “transfer etməkdən” yorulmurlar. Azerisport.az xəbər verir ki, bu ölkədən olan həmkarlarımız indi də Rumıniya millisinin və İtaliyanın `Fiorentina` klubunun forvardı Adrian Mutunun Lənkəran təmsilçisinə mümkün transferini müzakirəyə çıxarıb.
Qeyd edək ki, müxtəlif qalmaqalları ilə məşhur olan bu futbolçu hazırda İtaliya klubuyla yollarını ayırıb və azad agent statusu daşıyır. Lakin `Xəzər Lənkəran`ın onun tələb etdiyi pulu ödəyib-ödəməyəcəyi maraqla gözlənilir. Yeri gəlmişkən qeyd edək ki, bu futbolçunu Türkiyənin `Galatasaray` klubunu çalışdıran Mirça Rednikin həmyerlisi George Haci də öz komandasında görmək istəyir.
