10 yanvar 2011 12:12
Mahir Şükürov yeni mövsümün hazırlıqlarına başladı
Millimizin üzvü Mahir Şükürovun şərəfini qoruduğu Rusiyanın `Anji` klubu yeni mövsümün hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, artıq həmyerlimizin də yer aldığı hazırlıq prosesi dünəndən başlayıb.
Hacı Hacıyevin yetirmələri yanvarın 17-nə kimi klubun bazasında fiziki hazırlıq keçəcək. Gündə iki dəfə məşq edən Mahir və oyundaşları səhər qaçışlara, axşamlar isə trenajor zalda çalışmalara üstünlük verirlər.
Klubun rəsmi saytının məlumatına görə, hazırda toplanışda yalnız komandanın qapıçılarından Musin və hücumçu Eliakvu iştirak etmir. Sonuncu, komandanın növbəti hazırlıq prosesindən oyundaşlarına qoşulacaqsa, qapıçı `Rubin`də baxışdadı. Digər qapıçı Abayev, yarımmüdafiəçilər - Sorayev, Josan, Streltsov, Arziani və hücumçular – Strelkov, Vasilyev cə İluridze isə komandayla yollarını ayırdığından hazırlıqlara qatılmayıb.
