11 yanvar 2011 00:48
İngiltərə futbolunda görünməmiş cəza
İngiltərə Futbol Federasiyası `Liverpool`un hollandiyalı orta sahə oyunçusu Rayan Babeli görünməmiş cəzaya məruz qoyub. Azerisport.az xəbər verir ki, futbolçu `Manchester United` ilə oynadıqları Federasiya kuboku matçındakı minimal hesablı məğlubiyyətdən sonra “Twitter”də həmin qarşılaşmanın baş hakimi olan qalmaqallı Hovard Uebb haqqında yazdığı açıqlamalara görə qurum tərəfindən cəzalandırılıb.
Qeyd edək ki, “Old Trafford”da keçirilən qarşılaşmada `Manchester` 1:0 hesablı qələbəylə adını növbəti mərhələyə yazdırmışdı. 24 yaşlı futbolçu isə məhz məğlub olduqları qarşılaşmanın ardından “Twitter” sosial paylaşma şəbəkəsində hakim haqda bunları yazıb: “Bir də Uebb üçün dünyanın ən yaxşı hakimi adını işlədirlər. Əsl komediyadı”.
Babel, İngilterədə məhz bir sosial paylaşma şəbəkəsindəki açıqlamalarına görə cəzalanan ilk futbolçu kimi tarixə düşüb.
