11 yanvar 2011 13:11
`Bakı`nın futbolçusu İngiltərədə
`Bakı`nın yollarını ayırdığı müdafiəçi Dare Nibombe karyerasını İngiltərədı davam etdirə bilər. Azerisport.az xəbər verir ki, paytaxt klubununda yarım il top qovan toqolu futbolçu bu ölkənin birinci divizion klublarından biriylə danışıqlar aparır.
Hazırda həmin klubun düşərgəsində baxışda olan Toqo yığmasının müdafiəçisi bəyənilsə və özü də orda qalmaq istəsə, `Bakı` rəhbərliyi buna mane olmayacaq. Hər halda paytaxt klubuna yaxın mənbələrdən əldə etdiyimiz məlumatda belə bildirilir.
