11 yanvar 2011 14:08
`Simurq` sabiq yarımmüdafiəçisini geri qaytarır
`Simurq` Premyer Liqanın qalan hissəsinin hazırlıqlarına başlayır. Azerisport.az xəbər verir ki, Zaqatala klubu bu gün təlim-məşq toplanışı çərçivəsində ilk məşqinə çıxacaq.
Bu arada komanda bir sabiq oyunçusunu geri qaytarmağa qərar verib. Belə ki, təcrübəli yarımmüdafiəçi Ramin Nəsibovun, həmçinin `Bakı`nın yollarını ayırdığı Səbuhi Həsənovun bundan sonra Qyoko Haciyevskinin komandasında çıxış edəcəyi gözlənilir.
