11 yanvar 2011 14:24
AFFA hakimi təhqir edən oyunçunu 4 oyunluq cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb.
9 yanvar 2011-ci il tarixində futzal üzrə Azərbaycan birinci dəstəsinin `Azərneftyağ` – `Spartak` matçının 48-ci dəqiqəsində `Spartak` klubunun futzalçısı Rüfət Fərzəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
DST – PSL matçının 50-ci dəqiqəsində isə PSL klubunun futzalçısı Rüfət Quliyev nalayiq ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 3 oyunluq cəzalanıb.
