11 yanvar 2011 14:44
5-ci liqa təmsilçisinə məğlub olan elita klubu baş məşqçisini qovdu
Fransanın `Monaco` klubu baş məşqçi dəyişikliyinə əl atıb. Azerisport.az xəbər verir ki, Quy Lakombeni istefaya göndərən klub rəhbərliyi onun yerinə Loran Banideni gətirib.
Klubun rəsmi internet saytında bununla bağlı verilən rəsmi açıqlamada artıq istefanın səbəbini də başa düşmək olur. Belə ki, Lakombenin qovulmasına Fransa kubokunda 5-ci liqa təmsilçilərindən `Chambery` məğlubiyyət əsas səbəb kimi göstərilir.
Qeyd edək ki, `Monaco` həmin görüşdə məğlub olmaqla, ölkə kubokuyla erkən vidalaşmışdı. Biabırçı məğlubiyyət zamanı əsas vaxt 1:1 başa çatdığından oyunsonrası penaltilərə ehtiyac duyulmuşdu ki, bu zaman daha dəqiq olan 5-ci liqa təmsilçisi 3:2 hesablı qələbəyə sevinmişdi.
