11 yanvar 2011 14:38
`Neftçi` Türkiyədə topsuz qaldı (FOTOLAR)
Yanvarın 10-də Antalyanın “Titanik” mehmanxanasında məskunlaşan `Neftçi` bu şəhərdə ilk məşqini topsuz keçirib. Azerisport.az xəbər verir ki, futbolçuların yol yorğunluğunu nəzərə alan məşqçilər heyəti əsasən yüngül isinmə hərəkətlərinə diqqət yetiriblər. Gündə iki dəfə məşq etməyi planlaşdıran `Neftçi` yanvarın 19-da Rusiyanın `Rubin` klubu ilə yoldaşlıq görüşü keçirəcək.
