11 yanvar 2011 14:46

Arif Əsədov: Türkiyədə `Neftçi`yə böyük maraq var

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən `Neftçi`nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına hazırlıq haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı toplanış barədə bunları dilə gətirib:
 
“Qış fasiləsindən ən yaxşı şəkildə yararlanmaq fikrindəyik. Artıq Antalyada hazırlıqlara başlamışıq. Zədəli olan Flavinyo da komandaya qoşulub. Hələ ki o yalnız yüngül qaçışla kifayətlənir. Həkimlərimizin müayinəsindən sonra braziliyalı futbolçunun nə vaxt topla çalışmalara keçə biləcəyini müəyyən edəcəyik. Təlim-məşq toplanışına əvəzedici heyətin iki üzvünü - Əyyub Əliyev və Elton Yaqublunu cəlb etmişik. Paulius Qribauskas isə əməliyyatdan sonra müəlicəsini vətənində davam etdirir.
 
Ümid edirəm ki, o, Antalyada keçirəcəyimiz hazırlığın ikinci mərhələsinə qatıla biləcək. Biz burada Premyer Liqanın növbəti oyunlarına ən yaxşı formada hazırlaşıb, liderliyimizi davam etdirmək istəyirik. `Neftçi`nin lider olmasında klubun prezidentindən tutmuş sıravi işçisinə qədər hər kəsin əməyi var. Biz də məşqçilər korpusu olaraq, bizə göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Flaqmana Türkiyədə böyük maraq var. Bir çox komandalar hazırlıq oyunu keçirmək üçün bizə müraciət edir. Hazırda bütün gücümüzü koordinasiya və fiziki hazırlığın yüksəldilməsinə yönəltmişik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.