11 yanvar 2011 14:52
Bülənt Korkmaz `Neftçi`ni dəyərləndirdi: Bu, böyük risqdi
Türkiyəli məşqçi Bülənt Korkmaz Antalya şəhərində təlim-məşq toplanışı keçən `Neftçi`nin rəsmi saytına klub haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, gənc mütəxəssis Premyer Liqanın lideri haqda bunları dilə gətirib:
“Neftçi`nin çıxışlarını televiziya vasitəsi ilə izləyirəm. Komanda bütün planlarda çox xoş təsir bağışlayır. Lider olmağı sübut edir ki, bu klubda işlər düzgün qurulub. Mən Azərbaycanda çalışdığım müddətdə `Neftçi`nin orada ən çox sevilən komanda olduğunu gördüm. Keçən mövsümkü `Neftçi`nin demək olar ki, bütünlüklə yenilənməsi müsbət effekt verib. Klub rəhbərliyinin və məşqçilər korpusunun işini xüsusi vurğulamaq lazımdı.
Komandanın heyətinin 50 faizdən çoxunun dəyişdirilməsi böyük bir risqdi. Ancaq görünür ki, yeni `Neftçi` buna hazırmış. İndi sizin komandada istədiyiniz kollektiv qurulub. Komanda bütün komponentlərdə güclü təsir bağışlayır. Emil Mpenza səviyyəsində futbolçunun transfer edilməsi klub rəhbərliyinin çempionluğu necə istədiyini nümayiş etdirir. Bu addımı ancaq alqışlamaq lazımdı. İnanıram ki, `Neftçi` kimi zəngin tarixə malik olan komanda avrokuboklarda öz sözünü deyəcək”.
