11 yanvar 2011 15:07

Hiddink Türkiyənin yığmamıza qarşı oyununu faciə adlandırdı

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın rəqiblərindən olan Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink yenə komandası və qrupumuzdakı durumu dəyərləndirib. Azerisport.az xəbər verir ki, qardaş ölkədən olan həmkarlarımıza geniş müsahibə verən hollandiyalı mütəxəssis yığmamızla oyundan da danışıb:
 
“Mən Türkiyəyə gələrkən, yaşları çox olan futbolçuları dəyişdirməyi düşünürdüm. Amma Almaniya və Azərbaycana məğlubiyyətlər bu prosesi daha da sürətləndirdi, tezləşdirdi. Almaniya matçında oynadığımız futboldan heç də məmnun deyiləm. Əslində gücümüz vardı. Amma bunu göstərə bilmədik. Güclü komanda qarşısında uduzmaq olar, amma bizim oynadığımız futbol deyildi.
 
Azərbaycana qarşı göstərdiyimiz faciəvi oyun isə bu yoldakı işimizi daha da sürətləndirdi. Əslinda tamamən gənc oyunçular da deyillər. 22-23 yaşlılardan bəhs edirik. Əlimizdən gələn yeganə iş onlara şans verməkdi. İslahatlar davam edəcək. 5-6 il eyni səviyyədə çıxış edə biləcək komanda qurmağa çalışırıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.