11 yanvar 2011 16:25
`İnter` Albaniya klubuyla bacarmadı (YENİLƏNİB)
“Birlik Kuboku”na hazırlıqlarını davam etdirən son Azərbaycan çempionu `İnter` Türkiyədəki hazırlıq prosesi çərçivəsində bu gün üçüncü yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, “bankirlər” Albaniyanın `Besa` klubuyla münasibətlərinə aydınlıq gətirib.
Birinci hissədən sonra Azərbaycan klubu minimal hesabla qalib gəlsə də, fasilədən sonra albanlar qələbə qazanıb - 3:2. `İnter`in ilk qoluna Baçana Sxadadze imza atısa, fasilədən sonrakı topunu Genov vurub.
