11 yanvar 2011 15:30
Vaqif Sadıqov Mahir Şükürovun komandasında
Daha bir azərbaycanlı məşqçi özünə ölkə xaricində iş tapıb. Azerisport.az xəbər verir ki, Vaqif Sadıqov Rusiyanın `Anji` klubunun baş məşqçisi olan Hacı Hacıyevin köməkçisi təyin olunub.
Bu haqda məlumatı Mahaçqala klubunun baş məşqçisi azerisport.az-ın müxbirinə müsahibəsində özü bildirib. Onun sözlərinə görə, yanvarın 21-də Sadıqov birbaşa `Anji`nin Türkiyədəki təlim-məşq toplanışına yollanacaq və müqavilənin bütün detalları orda müzakirə olunacaq.
