11 yanvar 2011 15:39
Altıntop FİFA-nın mərasimində Bakıdakı məğlubiyyətdən danışdı
Türkiyə yığmasının hücumçusu Həmit Altıntop AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstana vurduğu topun ötən ilin qolu seçilməsi münasibətilə təşkil olunan FİFA-nın dünənki möhtəşəm tədbirində yığmamıza məğlubiyyətlərindən də danışıb. Azerisport.az xəbər verir ki, Almaniyanın `Bayern` klubunun üzvü bunları söyləyib:
“Biz seçmə mərhələyə uğurlu başladıq, ilk iki oyunda qələbə qazandıq. Ancaq bundan sonra səfərdə Almaniyaya məğlub olduq, hansı ki, məğlubiyyətə layiq oyun sərgilədik. Ancaq Azərbaycana məğlub olmamalıydıq. Bu, bizim üçün çox böyük zərbə oldu. Ancaq bizim hələ şansımız var. Qarşıda bizi 6 oyun gözləyir. Minimum şəkildə ikinci yeri tutmaqla, pley-off oynamaq istəyirik. Qus Hiddink təcrübəli məşqçidi və ona vaxt lazımdı”.
