11 yanvar 2011 16:09

Hacı Hacıyev: Azərbaycan millisiylə yoldaşlıq oyunu keçirmək istəyirik

Rusiyanın `Anji` klubunun baş məşqçisi Hacı Hacıyev azerisport.az-a müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədovla görüşündən, Vaqif Sadıqovu özünə köməkçi aparmasından və klubunun planlarından danışıb.
 
- Siz birgünlük Bakıda oldunuz. Sizin bu səfərinizin məqsədini bilmək istərdik...
- Hesab edirəm ki, Azərbaycanla Dağıstan bütün sahələrdə əməkdaşlıq etməlidi. Biz qonşuyuq, əla münasibətlərimiz var. Niyə bu münasibətlərimizi futbol sahəsində də genişləndirməyək? Axı bu sadəcə oyun yox, həm də böyük bir gücdü.
 
- Əgər sirr deyilsə, AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdə nələrdən danışdınız?
- Onunla görüşümüzdən xoş təəssüratlarla ayrıldım. Mən AFFA-nın futbolun inkişafı yönündəki addımlarını çox yaxşı başa düşürəm. Məmmədov hələ gənc olsa da, Azərbaycan futbolundakı situasiyanı lazımı şəkildə dəyərləndirməyi bacarır.
 
- Vaqif Sadıqovun `Anji`nin məşqçilər postuna gəlişi təsdiqini tapıbmı?
- Prinsipcə, Bakıya səfərim zamanı bu məsələnin də həllinə çalışdıq. Artıq `Anji`nin prezidenti ilə də bu haqda danışmışam və o, Sadıqovun klubumuzda çalışmasına razıdı. Düşünürəm ki, yeni köməkçi məşqçiylə daha böyük uğurlar qazana biləcəyik.
 
- Bəs o, nə vaxt `Anji`ylə müqavilə bağlayacaq?
- Hazırda Sadıqov Bakıda keçirilən məşqçi kursunda iştirak edir. Bundan sonra o, klubla müqavilə bağlayacaq. Hər şey dəqiqləşəndən sonra rəsmi açıqlama veriləcək.
 
- Siz artıq komandanızı gücləndirəcək futbolçuların kimliyini müəyyənləşdirmisiz?
- Bu gün bu haqda danışmaq çətindi. Axı bizim işimiz elədi ki, klubun maliyyə durumunu da nəzərə almalıyıq. Hələlik bu haqda dəqiq bir söz deyə bilməyəcəm.
 
- Bəs `Anji`nin Bakıya gəlişi nə vaxt baş tutacaq?
- Mən AFFA-nın baş katibiylə görüşdə yığmanızla da yoxlama görüşü keçirməyi müzakirə etdim. Belə bir istəyimiz var. Əgər alınmasa, aşağı yaş qruplarından ibarət komanda və ya hansısa klubla görüşə bilərik. Əlbəttə, bu, bizim ideyadı. Onu da başa düşürük ki, mart ayında sizin üçün belə bir oyun elə də yerinə düşmür. Ona görə də, hansı cavabı alsaq, normal qarşılayacağıq.
 
- Azərbaycandan işləmək təklifi alsanız, bunu necə dəyərləndirərsiz?
- Bu haqda indi danışmaq düz çıxmazdı. Çünki mən indi `Anji`ni çalışdırıram, klubla müqaviləm var. Məşqçi işi elədi ki, hər bir ölkədə iş olsa, işləməyə hazır olmalısan. Amma MDB ölkələrində çalışmaq bizim üçün daha mataqlı olur. Belə bir perspektivi real qiymətləndirirəm. Hər şeyin öz vaxtı var. Əgər təklif olarsa, baxarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.