11 yanvar 2011 16:16
İlqar Qurbanov: Karyeramda yeni səhifə açıram
`Qarabağ`ın qış fasiləsində sıralarına qatacağı ilk futbolçunun kimliyinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, Türkiyənin `Fenerbahçe,` Sivassspor` kimi komandaların formasını geyinmiş İlqar Qurbanov mövsümün sonuna kimi `Qarabağ`ın uğurları üçün tər tökəcək.
Artıq dünən gecədən komandanın məskunlaşdığı otelə gələn 25 yaşlı futbolçu bu gün komandayla ilk məşqə çıxıb. İlk məşqdə olduqca istəkli görünən İlqar məşq sonunda klubun rəsmi saytına keçidi haqqında bunları söyləyib:
`Qarabağ`la karyeramda yeni səhifə açıram. `Qarabağ`ın Azərbaycanda son 2 ildə etdiklərinə əlavə şərh verməyə ehtiyac yoxdu. Sevinirəm ki, `Qarabağ`da top qovacam. Bu mənim üçün yeni bir çağırışdı. Uşaqların əksəriyyətini yaxşı tanıyıram. Komandada əla rəqabət var. Bu da inkişafımız üçün çox yaxşıdı. `Qarabağ`ın 90 faizi milli futbolçulardan qurulub. Belə yerdə oynamaq çox yaxşıdır. Sanki futbola yenidən başlayıram. Bu dərəcədə özümü istəkli hiss edirəm. Üstəlik, Qurban Qurbanov kimi məşqçiylə işləyəcəm. Bunun özü də bir stimuldur. İnşallah, keçidim hər iki tərəf üçün xeyirli olar”.
