11 yanvar 2011 16:32
XL-nın düşərgəsində 4 legioner, üçü də gəlir
Antalyada təlim-məşq toplanışında olan `Xəzər Lənkəran` bu gün ilk məşqinə səhər yerli vaxtla 09:30-da yerləşdiyi “Qloriya” otelinin meydançasında çıxıb. Azerisport.az xəbər verir ki, 1 saatlıq məşqdə 17 futbolçu iştirak edib.
Onların arasında dünən axşam komandaya qoşulan 4 yeni futbolçu Adrian Skarlatake (`Dinamo`, Rumıniya), Andrey Mureşan (`Gloria`, Rumıniya), Bujor Vlad (`Mersin Idman Yurdu`, Türkiyə) və Nikolae Muşat (`Uniriea`, Rumıniya) da olub.
Komanda bu axşam daha bir məşqə çıxacaq. Heyətdə yalnız Alim Qurbanovun yüngül zədəsi var. Legionerlərdən isə Uinston Parks hələlik vətənindən dönməyib, Dieqo Qusmao da İstanbul klinikalarından birində bərpa kursu keçir.
Sabah komandaya daha üç futbolçunun qoşulmasi ehtimalı var ki, bunlardan ikisi cinah yarımmudafiəçisi, biri də hücumçu ampulasında olan oyunçulardı.
