11 yanvar 2011 18:26

Qyoko Haciyevski: Gənc oyunçular bizi xilas edə bilməz

`Simurq`un baş məşqçisi Qyoko Haciyevski azerisport.az-a və “Zerkalo”ya müsahibə verib.
 
- İstirahətiniz necə keçdi?
- Çox yaxşı. Ailəmlə birgə vətənimdə oldum. Qonşu Bolqarıstanda olmağa da vaxt tapdım.
 
- Bu gün təlim-məşq toplanışının ilk günü idi. Oyunçuların durumuyla tanış ola bildinizmi?
- Mən köməkçilərimlə əlaqə saxlayırdım, Makedoniyada olduğum dövrdə kursda iştirak edirdim. Uşaqlar yaxşı istirahət ediblər. Çempionatın ilk hissəsi onların karyerasında çətin bir başlanğıc dövrü oldu. İndi bizi çətin və ciddi iş gözləyir. Ancaq yaydakından daha asan olacağını düşünürəm. Onda onların heç bir təcrübəsi yox idisə, indi belə problem demək olar ki, yoxdu. Mənə də ilk günlərdəki kimi çətin olmayacağını düşünürəm.
 
- Qış fasiləsini necə keçirməyi planlaşdırırsız?
- Öncə biz Bakıda hazırlaşacağıq. Ondan sonrasını isə hələ dəqiqləşdirməmişik. Hər şey klub prezidentiylə görüşdən sonra müəyyənləşəcək.
 
- Zaur Məmmədov saytımıza müsahibəsində bildirmişdi ki, dəyişikliklər olacaq...
- Mən hələlik bilmirəm, hansı dəyişikliklər ola bilər. Mənə ilk növbədə onunla bu barədə danışmaq lazımdı. Bizim planlarımız klubun imkanlarından asılıdı. Bilirəm ki, komandanın güclənməyə ehtiyacı var.
 
- Komandada Ramin Nəsibovla Səbuhi Həsənovdan başqa hansı oyunçuları görə biləcəyik?
- Hesab edirəm ki, bizə indi təcrübəli futbolçular lazımdı. Məhz onlar `Simurq`a kömək edə bilər. Gənc oyunçuların alınması bizi xilas edə bilməz. Hazır futbolçular lazımdı. Mən 3-5 yeni belə futbolçudan imtina etməzdim.
 
- Gedəcək oyunçuların adları məlumdurmu?
- Mən belə qərar qəbul etdim ki, Premyer Liqanın qış fasiləsinə qədərki dövrdə ən az oyun keçirən futbolçularla yollarımızı ayıraq.
 
- `Turan`la mübarizə barədə nə deyə bilərsiz, hansı ki, türkiyəli Naci Şensoya tapşırıldı?
- Mən onunla tanışam. Ümumiyyətlə eşitmişəm ki, `Turan` seleksiya işləri aparır, komandanı gücləndirməyə çalışır. İkinci altılıqda bizim görüşlərimiz demək olar ki, final əhəmiyyətli olacaq. Daha çox xal toplamağa çalışacağıq ki, elitadakı yerimizi qoruya bilək. Heç kim `Simurq`un elitadan kənarda qalmasını istəmir. Mən öz növbəmdə imicimi qorumağa çalışıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.