11 yanvar 2011 11:12
Azərbaycanlı məşqçilər üçün Adam
Bu gündən etibarən Bakıda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın C kateqoriyalı məşqçi kursu başlayıb. Azerisport.az xəbər verir ki, Almaniya Futbol İttifaqından dəvət olunmuş mütəxəssis Nikolay Adamın rəhbərliyi ilə keçirilən kursun hazırkı mərhələsi yanvarın 17-də başa çatacaq. Növbəti mərhələ isə yanvarın 18-dən 24-dək olan müddəti əhatə edəcək.
