11 yanvar 2011 11:33

Azərbaycan Premyer Liqası 86-cı oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ilin ən güclü ölkə çempionatlarının reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, bütövlükdə 125 ölkənin yer aldığı siyahıda Azərbaycan Premyer Liqası da var.
 
Belə ki, milli çempionatımız səviyyəsinə görə Panama çempionatıyla birgə 86-cı yerdə gedir. Premyer Liqamız 241 xala malikdi. Bu mənada Azərbaycan çempionatının AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərimizdən olan Qazaxıstanı qabaqlaması diqqət çəkir (185 xalla 103-cü yer).
 
Lakin seçmə mərhələdə ölkəmizdə rəqib olan digər millilərin çempionatı bizimkindən güclüdü. Almaniya Bundesliqası 932 xalla 5-cidi. Belçika birinciliyi 703 xalla 11-cidisə, Türkiyə 596 xalla 19-cu pillədə qərarlaşıb. Avstriya çempionatı isə nə qədər qəribə olsa da, bu siyahıya düşməyib.
 
Bütövlükdə isə, dünyanın ən güclü milli çempionatı İspaniyaya məxsusdu. 1092 xalla zirvədə qərarlaşan La Liqanı isə İngiltərə Premyer Liqası və İtaliya A seriyası izləyir.
 
Ən güclü milli çempionatların ilk “20-liy”i belədi:
 
1. İspaniya
1092,0
2. İngiltərə
1039,0
3. İtaliya
1021,0
4. Braziliya
982,0
5. Almaniya
932,0
6. Fransa
884,0
7. Argentina
861,0
8. Portuqaliya
789,5
9. Hollandiya
787,5
10. Ukrayna
709,0
11. Belçika
703,0
12. Meksika
690,0
13. Ekvador
662,5
14. Rusiya
660,0
15. Yunanıstan
636,5
16. Peru
624,5
17. Danimarka
613,5
18. Paraqvay
611,0
19. Türkiyə
596,0
20. Çili
585,5
20. Kolumbiya
585,5

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.