11 yanvar 2011 11:40
`Bakı` sınaqçı rəqiblərinin siyahısını açıqladı
`Bakı` yanvarın 15-dən etibarən Antalyada 3 həftəlik təlim məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, komanda toplanış ərzində bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.
İlk rəqib Qazaxıstan təmsilçisi `Şaxtyor` (Karaqanda) klubu olacaq. Bu qarşılaşma 22 yanvar 2011-ci il tarixdə baş tutacaq. 4 gün sonra isə komanda Ukrayna yüksək dəstəsində mübarizə aparan `Metallurq` (Zaporojye) klubu ilə qarşılaşacaq. Əldə olunan razılaşmaya əsasən, adıçəkilən oyun 26 yanvar 2011-ci il tarixdə baş tutacaq.
Yanvar ayının 31-də daha bir yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu dəfə `Bakı`nın rəqibi Bosniya və Hersoqovinanın `NK Celik` klubu olacaq.
