11 yanvar 2011 11:46
“O, həm də Azərbaycan Premyer Liqasına yaxşı bələddi”
Xəbər verdiyimiz kimi, 2010-cu ilin yay fasiləsində Norveçin `Tromse` klubuna transfer olunan Stevan Bates 6 aylıq fasilədən sonra yenidən `Bakı` forması geyəcək. Azerisport.az xəbər verir ki, bu günlərdə serbiyalı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.
`Bakı` futbol klubunun baş meneceri Zeynal Məmmədov isə klubun rəsmi saytına açıqlamasında Batesin komandaya qayıtmasının faydalı olacağına əmindi: “Stevan təcrübəli oyunçudu. Həm də Azərbaycan Premyer Liqasına yaxşı bələddir. İnanıram ki, onun qayıdışı müdafiə xəttimizin daha inamlı oynamasına zəmin yaradacaq”.
