11 yanvar 2011 11:51

Vaqif Cavadov: Ehtiyatda oturmağa yox, oynamağa gəlmişəm

`Bakı`nın və milli komandamızın hücumçusu  Vaqif Cavadov Antalya toplanışı öncəsi klubun rəsmi saytının oxucuları ilə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, hücumçu Premyer Liqada yaranan qış fasiləsi zamanı istirahətindən, milli komandanın Dubay toplanışından və şəxsi həyatından danışıb. Müsahibəni diqqətinizə çatdırırıq.
 
- Yeni ili necə qarşıladın?
- Yeni ili evimdə ailəmlə birlikdə keçirdim. 2011-ci ildə bütün idmançılara yeni-yeni uğurlar, özümə isə zədəsiz mövsüm arzu edirəm.
 
- Qış tətilin necə keçdi?
- İstirahətim ürəyimcə oldu. Bir neçə yaxın dostumla Gürcüstanın paytaxtı Tbilisiyə səfər etdim. Tətildə olduğum dövrdə dincəlməklə bərabər hər gün məşq etməyi də unutmurdum.
 
- Milli komandamızın Dubay toplanışı futbolçulara nə verəcək?
- Milli komandamızın Dubay toplanışı xüsusi önəm daşıyır, çünki martdan oyunlarımız başlayır. Millinin üzvləri nə qədər birlikdə çox olsalar, bu komanda  üçün yaxşıdır. Toplanışın mənə və uşaqlara xeyirli olacağına inanıram.
 
- `Bakı` yanvarın 15-dən etibarən 21 gün ərzində  Antalyada təlim-məşq toplanışı keçirəcək...
- Antalya toplanışının  komandamız üçün xeyrli olacağını düşünürəm. İnanıram ki, yaxşı hazırlaşıb bu il uğurlu çıxış edəcəyik. Ötən il heyətə düşməklə bağlı problemlər yaşadım. Bu il əlimdən gələni edəcəyəm ki, əsas heyətdən kənarda qalmayım. Mən Azərbaycana qayıdanda demişdim ki, `Bakı`ya ehtiyatda oturmağa yox, oynamağa gəlmişəm. Əsas məqsədim Premyer Liqada ən yaxşılardan biri olub, milliyə kömək etməkdir. Bunu sübut edəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.