11 yanvar 2011 12:11
`Neftçi` üçün Çernoqoriya sınağı
Azərbaycan Premyer Liqasının lideri `Neftçi`nin Türkiyədəki təlim-məşq toplanışı çərçivəsindəki bütün rəqiblərinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubu qardaş ölkədə Rusiyanın `Rubin`, Ukraynanın `Arsenal`, Avstriyanın `Şturm` klublarıyla yanaşı, Çernoqoriyanın `Rudar` komandasıyla da münasibətlərinə aydınlıq gətirəcək.
