11 yanvar 2011 12:38
Avstraliya qitə çempionatına darmadağınla başladı
Qətərdə düzənlənən Asiya çempionatında ilk turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin dördüncü oyun günündə C qrupunda qərarlaşan komandalar öz aralarındakı münasibətlərə aydınlıq gətiriblər.
Hindistan və Avstraliya yığmaları arasındakı qarşılaşmada Türkiyənin `Galatasaray` klubunun futbolçusu Kruelin komandası qələbə qazanıb ki, hindlilərin qapısına vurulan qollardan birinin də müəllifi məhz o olub. Koreya isə Bəhreyn üzərində qələbəyə sevinib.
Asiya Kuboku
Qrup mərhələsi
10 yanvar
C qrupu
Hindistan – Avstraliya – 0:4
Qollar: Keyhill, 11; 65, Kyuel, 25, Holman, 45.
Koreya – Bəhreyn – 2:1
Qollar: J.Koo, 40; 52 – Aaiş, 86-pen.
