11 yanvar 2011 12:56
Ronaldinyo nəhayət ki, Braziliyaya qayıtdı (FOTO)
İtaliyanın `Milan` klubunun futbolçusu Ronaldinyonun bundan sonra karyerasını vətəni Braziliyada davam etdirəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi `Flamengo`ya transfer olunub.
30 yaşlı oyunçu Rio-de-Janeyro təmsilçisiylə 2014-cü ilin yayınadək müqavilə bağlayıb. Ronaldinyo yeni klubunda ildə ən azı 5,5 milyon avro qazanacaq.
Qeyd edək ki, Ronaldinyonun ilk klubu `Gremio`ya, həmçinin `Palmeiras`a da keçidi gündəmdə idi. Lakin braziliyalı sonda məhz `Flamengo`ya üstünlük verib.
