12 yanvar 2011 13:08

Millimiz FİFA reytinqində yenə irəlilədi

Bu gün FİFA yanvar ayı üçün dünya yığma komandalarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandası 1 pillə irəliləyərək, hazırda 97-ci pillədə qərarlaşıb. Komandamızın hesabında 343 xal var.
 
Berti Foqtsun komandasının qabaqlamaq imkanına malik olduğu rəqibləri isə Boliviya (344), Nigeriya (349) və Qrenadadı. Bir uğurlu oyun millimizin dünyanın 94-cüsü edə bilər.
 
Komandamızın AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərinə gəlincə, Almaniya yığması 1485 xalla 3-cü pillədəki mövqeyini qoruyub. Qrupumuzun digər favoriti Türkiyə millisi də yerini qorumağı bacarıb (74 xalla 31-ci yer). Avstriya da yerində sayan rəqiblərimizdəndi (569 xalla 46-cı pillə). Belçika yığması isə bir pillə geriləyib. Yığmamızın növbəti rəqibi olan belçikalılar - 58-ci pilləyə düşüblər, hesablarında isə 526 xal var. Qrupumuzun autsayderi Qazaxıstan isə bir pillə irəliləməsiylə diqqət çəkir. Qazaxlar 161 xalla 137-ci yerdə qərarlaşıblar.
 
Keçmiş SSRİ ölkələri arasında Azərbaycan Qazaxıstan və Özbəkistanı (108-ci yer, 285 xal), Türkmənistanı (133; 173), Tacikistanı (143; 141) və Qırğızıstanı (175; 50) qabaqlayır. Rusiya isə bu ölkələr arasında liderlik edir. Şimal qonşularımız 982 xalla 13-cü pillədədilər. Ukrayna 34-cü (702), Belarus 37-ci (660), Litva 55-ci (532), Ermənistan 60-cı (515), Gürcüstan 72-ci (449), Latviya 76-cı (440), Moldova 84-cü (411), Estoniya 86-cıdı.
 
Azərbaycanın yaxınlarda yoldaşlıq oyunu keçirməyə hazırlaşdığı Macarıstan isə FİFA reytinqində 632 xalla 41-cidi.
 
Bütövlükdə isə, siyahıya İspaniya millisi başçılıq edir. Son dünya çempionları 1887 xalla zirvədəki mövqelərini qoruyublar. Elə ikinci pillədəki Hollandiya millisi də 1723 xalla əvvəlki mövqeyində qalmağı bacarıb. İlk onluqda yeganə dəyişiklik Xorvatiyanın (1075 xal) Misiri (1036) 9-cu pillədən 10-cu yerə sıxışdırmasıdı. Braziliya 4-cü (1446), Argentina 5-ci (1338), İngiltərə 6-cı (1195), Uruqvay 7-ci (1152), Portuqaliya isə 8-ci pillədəki (1090) mövqeyini qoruyub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.