12 yanvar 2011 13:44
`Neftçi` bu gün ikitərəfli oyun keçirəcək
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan `Neftçi` hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın bu gün iki məşqi nəzərdə tutulub.
Səhər məşqində əvvəlcə test normativləri veriləcək. Sonra futbolçular qruplara bölünərək, `Titanik` otelinin yaşıl meydançasında ikitərəfli oyun keçirəcəklər. Komandanın ikinci məşqi isə Bakı vaxtı ilə saat 20:00-də başlayacaq.
