12 yanvar 2011 14:11
Nazim Süleymanov 7 ölkədən legioner gözləyir
AZAL-ın baş məşqçisi Nazim Süleymanov komandasında görmək istədiyi legionerlərin hansı ölkələri təmsil etdiyini açıqlayıb. Azerisport.az saytına açıqlamasında “təyyarəçilər”in çalışdırıcısı baxışa çağırdığı futbolçular haqda bunları dilə gətirib:
“Mən hazırda 10 legioner gözləyirəm. Onlar Kolumbiya, Bosniya və Herseqovina, Makedoniya, Bolqarıstan, Latviya, Belarus və Braziliyadandılar. Onlardan da 3-4-ünü komandada saxlayacağıq”.
