12 yanvar 2011 14:20
AZAL daha bir futbolçudan imtina etdi
Qış fasiləsində transfer fəaliyyətini davam etdirən AZAL daha 1 futbolçunu heyətdən çıxarıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Nazim Süleymanovun razılığı əsasında gənc futbolçu Hüseyn Axundov icarəyə verilib.
Belə ki, bu mövsüm çox nadir hallarda meydançaya çıxan yarımmüdafiəçi `Muğan`a göndərilib. Hər iki klub arasında olan qarşılıqlı razılığa əsasən Axundov mövsümün sonuna qədər Salyan klubunda forma geyəcək.
