12 yanvar 2011 14:27
Özbəkistanın daha bir futbolçusu Azərbaycan çempionatında
Bu gündən təlim-məşq toplanışına başlayan AZAL baxışa bir neçə əcnəbi futbolçu dəvət edib. Azerisport.az xəbər verir ki, hələlik onlardan yalnız özbəkistanlı futbolçu Aleksandr Şadrin komandanın düşərgəsinə gəlib.
22 yaşlı Şadrinin sonuncu klubu Özbəkistanın `Məşəl` komandası olub. Bu yarımmüdafiəçinin iki yoxlama oyununda baxışdan keçirilməsi gözlənilir. Yalnız bundan sonra məşqçilər Şadrinin komandada qalması haqda qərar verəcəklər.
Maraq üçün qeyd edək ki, hələlik karyerasını ölkəmizdə davam etdirəcəyi dəqiqləşməyən Şadrinin həmyerlisi Bahodir Nasimov `Neftçi`də top qovur və Azərbaycan Premyer Liqasının ən sərrast hücumçusudu.
