12 yanvar 2011 18:52
Sadıqovlu ES-ES `Schalke` üzərində qələbəni əldən verdi (YENİLƏNİB)
Millimizin kapitanı Rəşad Sadıqovun da şərəfini qoruduğu Türkiyənin `Eskişehirspor` klubu bu gün növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Superliqa təmsilçisi Antalya toplanışı çərçivəsində 3-cü sınaq matçında Almaniyanın `Schalke` klubuyla qarşılaşıb. Qeyd edək ki, millimizin kapitanı Bundesliqa təmsilçisiylə görüşdə ilk dəqiqələrdən meydanda olub. Antalyadakı görüşdə hesabı məhz Rəşadın komandası açsa da, fasilədən sonra almanlar məğlubiyyətdən yaxa qurtara bilib.
Qeyd edək ki, həmyerlimizin komandası ilk oyununu Almaniyanın birinci liqa təmsilçilərindən `Ergsebirge`yə qarşı keçirmişdi. 2:1 hesabıyla qələbə qazandıqları qarşılaşmada müafiəçimiz 90 dəqiqə meydanda olmuşdu. Almaniyanın Bundesliqa klublarından olan `Werder` üzərində 3:1 hesablı qələbə qazandıqları qarşılaşmada isə Rəşad 65-ci dəqiqədə meydana daxil olmuşdu.
Yoldaşlıq oyunu
Eskisehirspor - Schalke - 1:1
Qollar: Yaman, 7 - Rakitiç, 58.
