12 yanvar 2011 02:22
`Neftçi` Mehmet Akla müqavilə imzalayacaq
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən `Neftçi`nin vitse-prezidenti Tahir Süleymanov bununla bağlı fikirlərini klubun rəsmi saytına bölüşüb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəsmisi açıqlamasında bunları dilə gətirib:
“Neftçi` klubunun prezidenti Sadıq Sadıqovun tapşırığı ilə komandamızın Antalyada yüksək səviyyədə təlim-məşq toplanışı keçməsi üçün hər cür şərait yaradılıb. `Neftçi`nin Antalyada hazırlıq prosesi iki mərhələdən ibarət olacaq. İlk mərhələdə əsasən fiziki hazırlıq proseslərinə diqqət yetiriləcək və 1 yoxlama görüşü keçirəcəyik. Yanvarın 19-da Rusiyanın `Rubin` klubu ilə yoldaşlıq görüşü kçriməyi planlaşdırmışıq. Yanvarın 24-dən Antalyada davam edəcək ikinci hazırlıq prosesində 4 görüşün keçirilməsini nəzərdə tutmuşuq. Əsas məqsədimiz çempionatın qalan hissəsinə yüksək səviyyədə hazırlaşaraq, bu mövsüm `Neftçi`sevərlərə çempionluq sevinci yaşatmaqdı”.
Tahir Süleymanov həmçinin, komandanın düşərgəsinə yeni qoşulan fiziki hazırlıq üzrə məşqçi Mehmet Ak barədə də fikirlərini bildirib: “Artıq iki gündü ki, türkiyəli mütəxəssis komandamızın düşərgəsindədi və məşqlərdə də yaxından iştirak edir. Mehmet Akın işi baş məşqçi Arif Əsədovu da qane edir. Fikrimcə, `Neftçi`nin gələcək uğurlarında da Mehmet Akın əməyi olacaq. Onunla müzakirələr aparmışıq və yaxın günlərdə Mehmet Akla müqavilə imzalanacaq”.
