12 yanvar 2011 14:51
Stadiona ildırım düşdü, klub rəsmisi həyatını itirdi
Argentinanın `Racing` futbol klubunun məşqi zamanı xoşagəlməz hadisə yaşanıb. Azerisport.az xəbər verir ki, bədbəxt hadisə zamanı klubun işçilərindən biri dünyasını dəyişib.
Paytaxt Buenos Ayresi təmsil edən klubun həmin rəsmisinin ölümünə həmin anda metal sulama alətlərinin yanında durması səbəb olub. Nəticədə 61 yaşlı Sezar Nardi ildırım vurmasından dərhal həyatını itirib.
Məlumatda bildirilir ki, Nardi, son 10 ilini məhz `Racing`in arenasına xidmət etməklə keçirib. İldırım düşdüyü anda Nardinin yaxınlığında olan Brayan Luyun da yüngülcə yaralandığı qeyd edilir.
