12 yanvar 2011 15:10
Simao `Xəzər Lənkəran`da (FOTO)
`Xəzər Lənkəran` Antalyadakı təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun üzvləri bu gün səhər məşqində əsasən fiziki çalışmalara üstünlük veriblər.
Ən sonda isə qısaldılmış meydanda futbol oynanılıb. Futbolçuların mübarizə əzmi, istək və əhval-ruhiyyəsi məşqçilər korpusunu da razı salıb.
Bu arada düşərgəyə yeni bir futbolçu təşrif buyurub ki, bu portuqaliyalı Simao Brunodu. 25 yaşlı futbolçu müdafiənin və yarımmüdafiənin sol cinahında oynaya bilir. Onun son çıxış etdiyi klub Rumıniyanın `Astra Ploesti` klubu olub.
