12 yanvar 2011 15:46

Rafael Əmirbəyov: Vinfrid Şefer `Bakı`nı tərk etməlidi

`Bakı`nın yenicə müqavilə bağladığı sabiq futbolçusu Rafael Əmirbəyov azerisport.az saytına müsahibəsində paytaxt klubunun hazırkı durumuna müzakirə edib.
 
- `Bakı`ya qayıtdığınıza görə sevinclisiz?
- Sevinirəm, çünki öz klubuma qayıtmışam. Artıq bir illik müqavilə bağlamışam. Hələ yaydan bu komandada oynamağa hazır idim. Ancaq Vinfrid Şeferin gəlişindən sonra lazım olmadım. Mən şokda idim. Yaxşı ki, onda `Gəncə` mənim xidmətimdə maraqlı oldu.
 
- Sizi komandadan uzaqlaşdıran həmin mütəxəssis hər şeyə rəğmən yenə də komandadı. Onunla görüşünüz haqda nə deyə bilərsən?
- Şeferin qalıb-qalmayacağının mənim üçün fərqi yoxdu. Mənim işim futbol oynamaqdı. Mənim bəzi suallarım var ki, onlara cavab almaq istərdim. Mənə maraqlıdı ki, o, niyə lazım olmadığımı mənim öz üzümə yox, kimlərinsə vasitəsilə deyir. Mənə maraqlıdı, niyə? Onu görəndə, bunu mütləq soruşacam. İstəyirəm aydınlıq gətirsin. Axı məndə heç bir problem olmamışdı.
 
- Sizi klub rəhbərliyi qaytarıb, əgər Şefer yenidən sizi komandasında görmək istəməsə necə olacaq?
- Bu, ola bilməz. Klub rəhbərliyi məni qaytarıbsa, deməli, komandaya lazımam. `Gəncə` də məni buraxmaq istəmirdi, ancaq dedim ki, `Bakı`ya qayıtmaq istəyirəm. Təəssüf ki, Elvin Əliyev qayıda bilmir. Onun AZAL-la müqaviləsi var. Qoy almaniyalı özü düşünsün ki, bu vəziyyətdən komandanı necə çıxaracaq. Komandaya qarşıdakı 3 oyunun hamısında qələbə qazanmaq lazımdı.
 
- Komandanın bu mövsümkü çıxışının zəif olmasını nə ilə əlaqələndirirsiz?
- Mən komandada deyildim, ona görə də bu barədə heç nə deyə bilmərəm. Şeferin rəhbərliyi altında cəmi 1 ay məşq etdim. Avrokuboklardan sonra o, məni komandadan kənarlaşdırdı. Heyətinə görə, `Bakı` ölkənin ən yaxşı komandasıdı. Ancaq nəticə yoxdu. Məni komandanı bu vəziyyətdə görmək çox narahat edir.
 
- `Bakı` bu mövsüm nəyə ümid edə bilər?
- `Altılığ`a düşüb, medallar uğrunda mübarizədə mümkün qədər irəli getməyə çalışmalıyıq. Bizim Azərbaycan kubokunu qazanmaq şanslarımız da az deyil. Əgər Premyer Liqada işlərimiz alınmasa, o zaman kubokda sona kimi irəliləməyə məcburuq. Çünki avrokuboklara düşmək üçün yeganə yol budu. Bu yolda uşaqlar bütün güclərini səfərbər etməlidilər.
 
- Kiminlə işləmək istərdiniz: Starkovla, ya Şeferlə?
- Mən futbolçuyam, işim də futbol oynamaqdı. Düşünürəm ki, Starkovun rəhbərliyi altında oynamaq daha maraqlı olardı. O, MDB məkanında çalışmış mütəxəssisdi və bizim də futbolu bilir. Düşünürəm ki, Starkovla fərqli `Bakı` olacaq.
 
- Bəs Şefer `Bakı`da qalsa?
- Altı ay məşqçi üçün az vaxt deyil. O, bütün bacarığını göstərdi. `Bakı` hələ belə oyun göstərməmişdi. Düşünürəm ki, Şefer komandanı tərk etməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.