12 yanvar 2011 15:58
Amit Quluzadənin `Fener`ə keçid qiyməti müəyyənləşdi
Azərbaycan milli komandasının və `Neftçi`nin gənc yarımmüdafiəçisi Amit Quluzadənin Türkiyənin `Fenerbahçe` klubuna keçid qiyməti müəyyənləşib. Azerisport.az xəbər verir ki, türklər həmyerlimizə görə 450-700 min avrosundan keçə bilər.
`Gazetefutbol`un iddiasına görə, “ağ-qaralar” Amit Quluzadənin Türkiyə klubuna keçidinə məhz bu qiymətə razılıq verməyi planlaşdırır.
