12 yanvar 2011 16:28
`Qarabağ`ın oyunçuları məşqçilərindən necə qisas aldılar? (FOTOLAR)
`Qarabağ` Antalyada hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün Ağdam təmsilçisinin planında olan 2 məşqdən biri artıq arxada qalıb.
Günün ilk məşqi ənənəvi olaraq 10:30-da baş tutub. İlk məşq zamanı futbolçuların ümumi hazırlıq səviyyəsini üzə çıxaran testlər həyata keçirilib.
Buna qədər isə komanda yüngül qaçış və müəyyən isidici hərkətləri yerinə yetirib. Ardınca isə 2 qrupa bölünən futbolçular testi yerinə yetirməyə başlayıblar. Testdən sonra məşq davam edib.
Futbolçular məşq bitən kimi fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarovdan `intiqam`larını özünəməxsus şəkildə alıblar. Onlar cəm halında Çakarova hücum edərək onu yerə yıxıblar. Bu hərəkət hər kəsin gülüşünə səbəb olub. Belə də hər nə qədər ağır olsa da, ilk məşq beləcə nikbin halda başa çatıb.
