12 yanvar 2011 17:03
Novruz Əzimov rəsmən `Bakı`da
`Bakı` futbol klubunda yeni təyinat gerçəkləşib. Azerisport.az xəbər verir ki, hamı paytaxt klubunun baş məşqçi qərarsızlığının həllini gözlədiyi bir vaxtda, Novruz Əzimov “zolaqlılar”ın yeni məşqçisi təyin olunub.
Bu gündən etibarən vəzifəsiin icrasına başlayan təcrübəli mütəxəssislə müqavilə bağlanılıb. AZAL-dan `Bakı`ya keçməyə qərar verən mütəxəssis fikirlərini belə ifadə edib: “Bakı` futbol klubuna qayıtdığım üçün özümü xoşbəxt hiss edirəm, çünki bu klub mənim üçün doğmadı. Klubumuzun uğurları üşün əlimdən gələni əsirgəməyəcəyəm”.
Qeyd edək ki, Nozvruz Əzimov 2004-2006-cı illər ərzində `Bakı` futbol klubunda məçqçi kimi fəaliyyət göstərib. Onun son iş yeri paytaxtın AZAL klubu olub.
