12 yanvar 2011 17:31
`Fenerbahçe` rəsmisi: Amitin istedadına çox inanırıq
Türkiyənin `Fenerbahçe` klubunun koordinatoru Şenol Çorlu `Neftçi`nin rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, “sarı-lacivərdlilər”in rəsmisi millimizin də şərəfini qoruyan Amit Quluzadənin transferi ilə bağlı bunları dilə gətirib:
“Biz uzun müddətdir ki, Amit Quluzadənin `Neftçi`də və milli komandadakı çıxışlarını yaxından izləyirdik. Qeyd etməliyəm ki, o, komandamızın məşqçilər korpusunun rəğbətini qazanıb. Məhz onların rəyinə əsasən Amit Quluzadənin transferi üçün `Neftçi` rəhbərliyi ilə danışıqlara başlamağa qərar verdik. Biz klub olaraq dünyanın bir çox ölkəsində belə istedadlı futbolçuları tapıb, aşkara çıxarırıq. Azərbaycan bizə doğma ölkədir, onun keçidi sizin ölkə futbolunuza böyük təkan verəcək. Amit Quluzadənin burada adaptasiya problemi yaşayacağına inanmıram. Təbii ki, bizim əsas hədəfimiz belə gənc futbolçuları komandamıza qazandırmaqdır. Amitin istedadına çox inanırıq. Gələcəkdə onun `sarı-lacivərd`li forma ilə böyük uğurlara imza atacağına şübhə etmirik”.
