12 yanvar 2011 17:44

`Beşiktaş` daha bir futbolçusuyla yollarını ayırdı

Həyata keçirdiyi şok transferlər nəticəsində düşərgəsində yer alan legionerlərin çoxluğundan problemlərlə üzləşən `Beşiktaş` daha bir futbolçusuyla müqaviləsini dondurmağı qərar alıb. Azerisport.az xəbər verir ki, İstanbul klubu Mihael Finkin xidmətindən mövsümün sonuna kimi yararlanmamaq fikrindədi.
 
Qeyd edək ki, “ağ-qaralar” Tomas Zapotocnını Çexiyanın `Sparta` (Praqa) klubuna göndərməklə, mövsümün əvvəlindən bəri müqaviləsi dondurulan Tomas Sivoka yol açdı. Filip Holoskonu isə dünən `İstanbul BB`yə icarəyə verən “Qara Qartal” Simao Sabrozanın önünü açıb. Finkin sözləşməsinin ləğvi isə, digər yeni legioner transfer Huqo Almeydanın əsas heyətdə çıxışına imkan verəcək.
 
Ən sonda isə `Beşiktaş` rəhbərliyinin sıralarında saxlamaq istəmədiyi Rodriqo Tabatanı göndərməklə digər yeni transfer Manuel Fernandesə yol açması gözlənilsə də, bu futbolçu heç bir yerə getmək istəmir. Qeyd edək ki, İstanbul klubu bu oyunçusu millimizin kapitanı Rəşad Sadıqovun da şərəfini qoruduğu `Eskişehirspor`a verməklə, həmin komandanın gənc oyunçularından Sezər Öztürkü sıralarına qatmaq istəyir. Lakin Tabata Eskişehirə getməyə razılaşmır. Belədə, Fernandesin aqibətinin necə olacağı maraqla gözlənilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.