12 yanvar 2011 18:03

"Bu, çox məntiqsiz və gülməlidir"

`Bakı` futbol klubunun uşaq futbolu üzrə baş koordinatoru Yüksəl  Kepoğlu klubun rəsmi saytına 2010-cu ilin ilin yekunları və yeni il planları ilə bağlı müsahibə verib. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis 2011-ci il üçün uşaq futbolu sahəsində planlaşdırılan layihələr barədə ətraflı danışıb.
 
- 2010-cu il geridə qaldı. Ötən il uşaq futbolumuzda hansı hadisələrlə yadda qaldı? 
- Ondan başlayaq ki, məqsədimiz yeni nəsil futbolçular yetişdirmək, milli komandaya daha çox futbolçu verməkdir. Ötən il əsas vəzifələrimizdən biri komandalarda komplektləşdirməni yekunlaşdırmaq və növbəti il üçün heyət formalaşdırmaq idi. Ona görə də yaya qədər olan yarışlarda bizim üçün nəticə önəm kəsb etmirdi.  2010/11 mövsümünə başlayarkən bir sıra dəyişikliklərə əl atdıq. İlk olaraq Türkiyədən bir neçə yeni məşqçi dəvət etdik. Əvvəlcədən onu bildirim ki, onların işindən razıyam. Ötən il komandalarımızda dəyişikliklər etdik. 40-a qədər futbolçu ilə yollarımız ayrıldı. Onların yerinə seçim əsasında yeni uşaqlar götürdük.
 
- Seçimlər hansı prinsiplər əsasında keçirildi?
- Avqust ayında klubun bazasında geniş seçim təşkil etdik. 15 gün ərzində 9 yaş qrupu üzrə komandalara namizəd 250-yə qədər futbolçu baxışa gəlmişdi. Sonda onlardan yalnız 40 nəfəri `Bakı` forması geymək hüququ qazandı. Hər bir uşağa ən azı 4-5 məşqdə nəzər yetirdik. Heç bir uşaq barədə ilk dəfədən qərar vermədik. Bəzi uşaqlara isə 7 hətta 8 məşq şans verib, fikir bildirdik.
 
- Yeni gələn uşaqların çempionatdakı çıxışı sizi qane edir?
- Bəziləri istisna olmaqla, bəli. Son altı ayda əvəzedici və 1994-cü illərdən ibarət komandaların çıxışını xüsusilə qeyd edərdim. 1995-ci illərdən təşkil edilən komandalarımız AFFA U-17 liqasında oynayır. 16 yaşlılar arasında çempionat keçirilmədiyi üçün onlar özlərindən bir yaş böyüklər arasında çıxış etsə də, onlardan razı qaldım. 
 
- 16 yaşlı futbolçulardan ibarət milli komandanın olduğu halda onlar  arasında çempionatın təşkil olunmaması nə dərəcədə doğrudur?
- Bu sual məni də düşündürür. Bu, çox məntiqsiz və gülməlidir. Bu işləri görənlərə buradan səslənərək, qeyd olunan amillərin nəzərə alınmasını xahiş edirəm.
 
- 2011-ci ildə uşaq və yeniyetmələrdən ibarət komandalarımız hansı turnirlərdə çıxış edəcək?
- Bu ayın sonunda 1996 və 1999-cu il təvəllüdlüləri Türkiyənin İzmir şəhərinə təlim-məşq toplanışına yollamaq niyyətimiz var. Burada yerli klublarla yoldaşlıq oyunları keçirib, komandalarımızın nəyə qadir olduğunu görmək maraqlı olardı. Beynəlxalq oyunlar uşaqların təcrübə qazanmaları baxımından da çox önəmlidir. Fevralda Latviyada 1997-ci il təvəllüdlülər arasında “Riga cup” adlı beynəlxalq turnirdə iştirak etmək fikrimizin olduğunu da qeyd edə bilərəm. 
 
- `Bakı` futbol klubunun uşaq futbol Akademiyası bu yaxınlarda fəaliyyətə başlayacaq. Bundan sonra aşağı yaş qruplarında hansı dəyişikliklər baş verə bilər?
- Məndə olan məlumata görə, fevral ayında Akademiya klubun sərəncamına veriləcək. Bundan sonra burada nəzəri məşqələlərin təşkili, futbolçuların təhsili və maariflənməsi ilə bağlı növbəti hədəfimizə çatmış olacağıq. Bunun təkcə `Bakı` üçün deyil, bütövlükdə Azərbaycan futbolu üçün mühim bir hadisə olacağı qənaətindəyəm. Əminəm ki, `Bakı` futbol klubu düzgün yoldadır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.