12 yanvar 2011 18:34

“Qoy haqqımda deməsinlər ki, komandanı yarıyolda qoyub getdi”

AZAL-ın baş məşqçisi Nazim Süleymanov azerisport.az saytına müsahibəsində komandasının hazırkı toplanışından, transferlərdən və Qazaxıstandan aldığı təkliflərdən danışıb.
 
- Ötən ilin sonunda Qazaxıstan klublarından gələn təkliflərdən imtinanıza nə səbəb vardı?
- Bu mövzuya yenidən qayıtmaq istəməzdim. Mən onda da söyləmişdim ki, hazırkı komandamda başladığım işi sona çatdırmaq istəyirəm. Əgər işləməsəydim, onda bu təkliflərə baxmaq olardı. Mənim müqaviləm ilin sonuna kimidi. Bu müddət ərzində isə qarşıma qoyulan vəzifəni həyata keçirməliyəm. Qoy mənim haqqımda deməsinlər ki, AZAL-ı yarıyolda qoyub getdi. Qoy həmin klublar da düşünməsin ki, Nazim Süleymanov bizi də eyni şəkildə atıb gedə bilər. Namusla düşünmək lazımdı.
 
- Ramiz Məmmədov, Elxan Abdullayev və Vaqif Sadıqovun ölkə xaricində işə başlamasını necə qiymətləndirirsiz?
- Müsbət. Hamısı işsiz idi və əgər işsizsənsə və xaricdən belə bir dəvət gəlirsə, niyə də qəbul etməməlisən? Əminəm ki, onlar işlərinin öhdəsindən layiqincə gələ biləcəklər.
 
- Bizim məşqçilər buna tam qadirdilər?
- Siz elə hesab edirsiz ki, Qazaxıstan futbolunun səviyyəsi bizimkindən güclüdü? Bu, belə deyil. Orda heç dil problemi də olmayacaq. Yəqin ki, onlar başdan hardan getdiklərini bilirdilər. Əgər klub rəhbərliyi onlara inanırsa, qalır sadəcə işləmək və özünü göstərmək.
 
- Yeri gəlmişkən, yanvarın 12-dən 17-nə kimi komandanız Bakıda təlim-məşq toplanışı keçirəcək və 2 yoxlama matçı keçirəcək. Bu komandalar məlumdurmu?
- Bəli, artıq tapmışıq. Ayın 14-də öz əvəzedicilərimizlə oynayacağıq. İki gün sonra isə `Simurq`la. Bu oyunların əhəmiyyəti ondadı ki, futbolçular oyun təcrübələrini bərpa etsinlər. Həmçinin onların fiziki hazırlıqlarının yüksəldilməsinə də xüsusi diqqət yetiririk.
 
- Bəs Türkiyə toplanışında `Zarya` və `Obolon`dan başqa hansı klublarla oynayacaqsız?
- Bütövlükdə 4 yoxlama görüşü keçirəcəyik. Biz daha iki rəqib axtarışındayıq. Düşünürəm ki, bu, elə də ciddi problem olmaz.
 
- AZAL-ı kimlər gücləndirəcək?
- Biz artıq özbək Aleksandr Şadrini düşərgəmizə dəvət etmişik. Hücumameylli yarımmüdafiəçi hələ baxışda olacaq. Bosniyalı və makedoniyalı oyunçuları da gözləyirdik. Ancaq onlar əlverişsiz hava şəraiti səbəbindən birbaşa Antalyadakı hazırlığımıza qoşulacaqlar. Bosniya-Herseqovina, Makedoniya ilə yanaşı Belarus, Bolqarıstan, Kolumbiya, Latviya və Braziliyadan da oyunçular gözləyirik.
 
- Bəs neçə futbolçuyla mqavilə bağlamağı planlaşdırırsız?
- 3-4 futbolçuyla. Yenicə MOİK-dən Cavid Rəhimovu baxışa çağırmışıq. Ancaq o, heç də son yerli futbolçu olmaya bilər.
 
- Robertas Poşkusun AZAL-a keçidi gündəmdədi...
- Bu barədə heç bir danışıq olmayıb. Biz tərəfdən Poşkusu almaqla bağlı hansısa təklif də olunmayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.