12 yanvar 2011 18:39
Qızlardan ibarət yığmamız oğlanların qapısına 7 cavabsız qol vurdu
Bu gün Şağan Olimpiya İdman Kompleksinin stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması MOİK-in nəzdindəki 1997-1998-ci il təvəllüdlü oğlanlardan ibarət komanda ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 7:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Şəfəq Nəsirovanın 4 qol vurduğu oyunda Olya Şioşvili, Aliyə Vəliyeva və Suğra Xəlilova hərəyə bir dəfə fərqlənib.
