12 yanvar 2011 18:56
`Qəbələ` Hollandiya və Türkiyə klubuyla qarşılaşacaq
Sabah `Qəbələ` futbol klubunun yeniyetmələrdən ibarət komandası (U-17) Türkiyənin Antalya şəhərinə yollanacaq. Azerisport.az xəbər verir ki, AFFA-nın təşkilatçılığıyla həyata keçirilən bu səfər çərçivəsində bölgə təmsilçisinin yeniyetmə futbolçuları 8 günlük təlim-məşq toplanışı keçəcəklər.
17 yaşlılar arasında son ölkə çempionu olan `Qəbələ`nin azyaşlıları Antalyada iki sınaq matçı da keçirəcəklər. Yanvarın 14-də Hollandiyanın `Vitess` klubuyla qarşılaşacaq təmsilçimiz 4 gün sonra da Türkiyə `Samsunspor`uyla münasibətlərinə aydınlıq gətirəcək.
