12 yanvar 2011 19:37

Amit `Neftçi`nin düşərgəsini tərk etdi (FOTO)

Türkiyənin ən nəhəng klublarından biri olan `Fenerbahçe`dən transfer təklifi alan `Neftçi`nin gənc futbolçusu Amit Quluzadə komandanın sıralarını tərk edib. Azerisport.az xəbər verir ki, buna səbəb Antalyada təlim-məşq toplanışında olan "ağ-qaralar"ın futbolçusunun `Fenerbahçe`yə keçməsidi.
 
İstanbul təmsilçisinin rəsmiləri Antalyaya gələrək, Amiti `Fener`in düşərgəsinə aparıblar. Amit Quluzadənin yola salınma mərasimində `Neftçi`nin vitse-prezidenti Tahir Süleymanov, baş məşqçi Arif Əsədov, məşqçilər korpusu, texniki heyətlə yanaşı, komandanın digər üzvləri də iştirak ediblər. Tədbirdə çıxış edən klubun vitse-prezidenti Tahir Süleymanov Amit Quluzadənin Türkiyə klubuna transfer olunmasını Azərbaycan futbolunun və `Neftçi`nin böyük uğuru adlandırıb. O qeyd edib ki, Araz Abdullayevin İngiltərəyə transfer olunmasından sonra Amitin Türkiyə klubuna keçidi ölkə futbolunun inkişafına böyük təkan verəcək. Vitse-prezident iki klub arasında anlaşma olduğunu və bu anlaşmanın tezliklə rəsmiləşəcəyini diqqətə çatdırıb.
 
Baş məşqçi Arif Əsədov da mərasimdə öz fikirlərini bildirib: "Qoy gedib Azərbaycan futbolunu layiqli təmsil etsin, digər futbolçularımıza da yol açılsın. Ona uğurlar arzulayıram".
 
Komandanın kapitanı Rail Məlikov Amit Quluzadənin Azərbaycanı qardaş ölkədə layiqincə təmsil edəcəyinə inandıqlarını söyləyib və ona uğurlar arzulayıb.
 
Görüşdə Amit Quluzadə çıxış edərək, ona göstərilən diqqətə görə klub prezidenti Sadıq Sadıqova təşəkkürünü bildirib. Gənc futbolçu Türkiyənin 4 ən böyük klubundan biri olan `Fenerbahçe`də `Neftçi`nin və Azərbaycanın adını uca tutacağını söyləyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.